Aqrar

Azərbaycanda aqrar sektor cüzi böyüyüb

Azərbaycanda aqrar sektor cüzi böyüyüb

Bu ilin yanvar ayında Azərbaycanda 582,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

AzFood Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə 0,1 % çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 5,6 % artaraq 32,8 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 0,3 % azalaraq 549,8 milyon manat təşkil edib.

Ötən ay ölkədə diri çəkidə 47,5 min ton ət, 158,9 min ton süd, 182,8 milyon ədəd yumurta və 27,0 min ton tərəvəz istehsal olunub. 1 il əvvələ nisbətən tərəvəz istehsalı 5,6 %, ət istehsalı 0,4 % artıb, süd istehsalı 0,5 %, yumurta istehsalı 5,7 % azalıb.

Oxşar xəbərlər

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Səma Fərzəli

Virus aşkarlanan pomidor məhsulu partiyası məhv edilib

Səma Fərzəli

Mordoviyadan gələn bitki yağlarına xaricdə tələbat var

Səma Fərzəli