Image default

Şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlandı

Daha bir şadlıq sarayında saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb. Paytaxtın Sabunçu rayonu, Sülh küçəsi, ev 4D ünvanında fəaliyyət göstərən “Bəyaz” şadlıq sarayında yoxlama aparılıb.

Fiziki şəxs Zahirova Elnarə Seyidəhməd qızına məxsus müəssisədə yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ tələblərin pozulması faktları müəyyən edilib. Belə ki, qida təhlükəsizliyi reyestrindən çıxarışı olmadan fəaliyyət göstərən müəssisədə aşkar saxtalaşdırma əlamətləri olan 62 ədəd hər biri 700 ml “Organic” əmtəə nişanlı premium araqlarının satışının həyata keçirildiyi məlum olub. Həmin məhsulların üzərində qanunvericiliyə uyğun olaraq tam, dolğun şəkildə markalanma aparılmayıb.

Uyğunsuzluq aşkarlanan məhsullardan nümunələr götürülüb. Sınaqların aparılması məqsədi ilə laboratoriyaya təqdim edilib.

Faktla bağlı müvafiq tədbirlər görülüb. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən saxta, istifadəyə yararsız məhsulların satışının qarşısı alınaraq dövriyyədən çıxarılıb. Araşdırmalar davam etdirilir.

Azfood.az

Related posts

Alimlər yumurtanın bu faydasını sübut ediblər

Səma Fərzəli

Antisanitar şəraitdə emal olunan quş əti məhsullarının satışının qarşısı alındı

Səma Fərzəli

İmmuniteti möhkəmlədən təbii immunmodulyatorlar – Qış üçün SİYAHI

Səma Fərzəli