Image default

Virus aşkarlanan pomidor məhsulu partiyası məhv edilib

Ölkəmizə idxal olunan qida məhsullarına nəzarət tədbirləri zamanı Türkmənistandan gətirilən pomidor məhsulunda virus aşkarlanıb.

Azfood.az xəbər verir ki, “Dəmir Yumruq-A” MMC-nin Türkmənistan Respublikasından idxal etdiyi 9000 kq pomidor məhsulu partiyasından nümunələr götürülüb. Laborator müayinə nəticəsində həmin məhsul partiyasında “Pomidor meyvələrinin qonur qırışıqlıq virusu” aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib.

Agentlik qeyd edir ki, yoxlama zamanı aşkarlanan bu virus yalnız bitki örtüyünə ziyan vurmaqla iqtisadi zərərə səbəb ola bilər.

Related posts

Ötən il rekord məbləğdə – AQRAR SIĞORTA ÖDƏNİŞİ EDİLİB

Səma Fərzəli

Kənd təsərrüfatının siyahıyaalınması üçün Siyahıyaalma qrupu yaradılacaq

Əli Fərzəliyev

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edib

Əli Fərzəliyev