Image default

Aqrar Sığorta Fondunda mina təhlükəsinə dair təlim keçirilib – FOTOLAR

İşğaldan azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə imkanlarının artması ilə əlaqədar bölgəyə aqrar sığorta ekspertlərinin səfərləri həyata keçirilir. Azad edilmiş ərazilərdə hələ də çoxsaylı minalar və hərbi sursatların olması burada fəaliyyət göstərən ekspertlərin həyatı üçün təhlükə yaradır.

Aqrar Sığorta Fondundan bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədilə martın 11-də Aqrar Sığorta Fondunda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən “Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” mövzusunda təlim keçirilib.

Təlimdə Aqrar Sığorta Fondunun və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin əməkdaşları, heyvandarlıq və bitkiçilik sahəsi üzrə müstəqil aqrar sığorta ekspertləri iştirak ediblər. İşğaldan azad olunmuş ərazilərdə mina və partlayıcı sursatların həm əhali, həm də həmin ərazilərdə çalışan dövlət qurumlarının əməkdaşları üçün yaratdığı təhlükələr barədə əvvəlcədən məlumatlandırma məqsədilə keçirilən tədbirdə 30-dan artıq əməkdaş iştirak edib.

ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin aparıcı mütəxəssisi Zamiq Aslanov mina hadisələrinin insanların həyatına vurduğu fiziki, sosial və maddi zərərdən danışıb.

Videotəlimatlar və əyani nümunələr vasitəsilə təlim iştirakçılarına müxtəlif təyinatlı mina və partlayıcı qurğuların təhlükələri, onları müəyyən etmək qaydaları barədə məlumat verilib. Ekspertlərə döyüşlərin getdiyi ərazilərdə, təmizlənmiş və mina baxımından riskli bölgələrdə davranış qaydaları ətraflı izah edilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, onlara mina təhlükəsizliyi qaydaları barədə məlumat broşürü təqdim edilib.

 

Related posts

Azərbaycana gətirilən qarğıdalının idxal qiyməti 16.5% azalıbAzərbaycana gətirilən qarğıdalının idxal qiyməti 16.5% azalıb

Əli Fərzəliyev

Bu il 46 min ton pambıq lifi ixrac edilib

Səma Fərzəli

Aqrar sektorda çalışanlara 54 milyon manatdan çox – GÜZƏŞTLİ KREDİT VERİLİB

Səma Fərzəli