Image default

HACCP-la bağlı təlim və məsləhət xidmətləri davam etdirilir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə müvafiq tədbirləri davam etdirir.

Bu çərçivədə AQTİ-nin Təlim Mərkəzi tərəfindən “Tabia Group” MMC-nin əməkdaşları üçün HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) mövzusunda təlim təşkil olunub və onlara məsləhət xidmətləri göstərilib. İştirakçılara HACCP-nin ictimai iaşə müəssisələrində düzgün tətbiq edilməsinə, idarəolunmasına, bu sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair ətraflı məlumat verilib. Eyni zamanda onlar HACCP prinsipləri, kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, risk analizi və bu sahədə beynəlxalq standartların tələbləri haqqında məlumatlandırılıb. Eləcə də iştirakçılara müvafiq məsləhətlər verilib, onların sualları cavablandırılıb.

Qeyd edək ki, AQTİ-nin Təlim Mərkəzi tərəfindən HACCP və digər mövzularda həyata keçirilən təlim və məsləhət xidmətlərindən istifadə etmək istəyən sahibkarlıq subyektləri “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

 

 

 

 

Related posts

“Yarpaq: Gənc Ekoloqların 1-ci Yay Liderlik Düşərgəsi” layihəsinin bağlanış mərasimi keçirilib

Əli Fərzəliyev

17 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub

Səma Fərzəli

Bakıda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı üzrə İşçi Qrupunun III iclası keçirilib

Səma Fərzəli