Image default

Bərdədə fəaliyyət göstərən süd tədarükü müəssisəsində yoxlama keçirilib

Daxil olan vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, fiziki şəxs Seyfullayev Ravil Kazım oğluna məxsus süd tədarükü müəssisəsində plandankənar yoxlama keçirilib.

Baxış zamanı müəssisədə qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.

Related posts

AQTA və MEDİA-nın birgə keçirdiyi təlimdə jurnalistlərə sertifikatlar təqdim olunub

Səma Fərzəli

Qida subyektlərinin səyyar qeydiyyatına start verilib

Əli Fərzəliyev

Alimlər yumurtanın bu faydasını sübut ediblər

Səma Fərzəli