Image default

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

5-6 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Gədəbəy rayonlarında fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 5 inzibati tədbir görülüb, 1 məntəqədə isə bərpa edilmiş qurğular sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

Sahibkarlıq subyekti Ünvan Görülən tədbir
Bakı şəhəri üzrə
1. Dadaşov Elsəvər Rəhim oğlu Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi İnzibati protokol tərtib edilib
2. İsmayılov Yusif Həmzə oğlu Sabunçu rayonu, Zabrat qəsəbəsi, Q.Bayramov küçəsi İnzibati protokol tərtib edilib
3. Rəhimov Asif Yaşar oğlu Binəqədi rayonu, Biləcəri qəsəbəsi İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb
Şamaxı rayonu üzrə
4. İbrahimov Seymur Nifdulla oğlu Şamaxı şəhəri, N.Nərimanov küçəsi İnzibati protokol tərtib edilib
Gədəbəy rayonu üzrə
5. İmamverdiyev Elşən Şahbaz oğlu Miskinli kəndi İnzibati protokol tərtib edilib

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.

Related posts

“Ukrayna qarğıdalısının qiyməti xarici idxalçılarla bağlıdır”

Səma Fərzəli

Naxçıvanda “Aqro festival” keçirilir.

Səma Fərzəli

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Səma Fərzəli