Image default

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Niderland Krallığının Cənubi Hollandiya, Flevoland əyalətlərində blutanq, Rusiya Federasiyasının Kursk vilayətində xırdabuynuzlu heyvanların çiçək, Fransa Respublikasının Oksitaniya, Yeni Akvitanya regionlarında isə epizootik homorraji xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün, zonalaşma prinsipi nəzərə alınmaqla, Niderland Krallığının Cənubi Hollandiya və Flevoland əyalətlərində blutanq xəstəliyinin baş vermiş təsərrüfatın 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Rusiya Federasiyasının Kursk vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyinin baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, Fransa Respublikasının Oksitaniya və Yeni Akvitanya regionlarından bütün növ diri gövşəyən heyvanların, həmçinin onlara aid genetik materialların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.(AQTA)

Related posts

Lənkəranda tarla seminarı keçirilib

Səma Fərzəli

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edib

Əli Fərzəliyev

AQTİ Bakı və bir sıra rayonlar üzrə baytar həkim vakansiyası elan edir

Əli Fərzəliyev