Image default

İstehlaka yararsız süd məhsulları məhv edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

“Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 28.9 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Related posts

Qazaxıstanda buğda məhsulunun təxminən 45-50%-i ərzaq keyfiyyət standartlarına cavab verib

Əli Fərzəliyev

Azərbaycana gətirilən qarğıdalının idxal qiyməti 16.5% azalıbAzərbaycana gətirilən qarğıdalının idxal qiyməti 16.5% azalıb

Əli Fərzəliyev

Qara dənizdəki Ukrayna dəhlizi ilə artıq 20 milyon ton mal ixrac edilib

Səma Fərzəli