Image default

“Aqroservis” – SIĞORTAÇI SEÇİR

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC nəqliyyat vasitələrinin nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası xidməti üçün açıq tender elan edir.

Azfood.az FED.az-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 150 manat təşkil edir.

Satınalan təşkilatın VÖEN-i: 1700382471

Satınalan təşkilatın ünvanı: AZ 1075, Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” Biznes mərkəzi, bina 1, mərtəbə 4

Müsabiqənin başlama tarixi və vaxtı: 11.09.2023 17:30

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 29.09.2023 11:00

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 09.10.2023 18:00

Zərflərin açılış tarixi və vaxtı: 10.10.2023 11:00

Ödəniş şərtləri – Müqavilə üzrə avans ödəniş nəzərdə tutulmur. Müqavilə üzrə ödəmələr malların (işlərin və xidmətlərin) hər hissəsi Sifarişçi tərəfindən tam qəbul edildikdən sonra 15 bank günü ərzində həmin hissənin dəyəri İcraçıya ödənilməklə həyata keçirilir.

Çatdırılma yeri – “Aqroservis” ASC

Çatdırılma müddəti – Sığorta predmeti üzrə sığorta müddəti 1 (bir) ildir və sığorta şəhadətnamələrində müvafiq olaraq göstəriləcək. Hər bir sığorta predmeti üçün sığorta müddətinin başlanğıcı sığorta predmeti sığortalı tərəfindən sığortaçıya təqdim olunduğu gündən hesablanır və müvafiq şəhadətnamədə öz əksini tapır. Təqdim olunmuş hər bir sığorta predmetinin sığortalanması 10 (on) gün müddətində başa çatdırılmalıdır.

Tələb olunan sənədlər

Təşkilati və hüquqi sənədlər:

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması

Son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

Son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı

Nizamnamə

Hüquqi şəxslərin dövlət reyestrindən çıxarış

Dövlət qeydiyyatı haqqında şəhadətnamə

Bank rekvizitləri

Malgöndərənin (podratçının) satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır)

Vergi orqanı tərəfindən təqdim olunmuş malgöndərənin (podratçının) müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış

Dövlət Statistika Komitəsindən müvafiq sahibkarlıq subyekti meyarına malik olmasına dair arayış

İddiaçının satın alınması nəzərdə tutulan sığorta fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığa (lisenziyaya) malik olması

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Leyla Əhmədova, baş mütəxəssis

Email: a.leyla@aqroservis.gov.az

Əlaqə telefonu: (051) 226-78-10

Related posts

Naxçıvanda “Aqro festival” keçirilir.

Səma Fərzəli

Azərbaycan və Özbəkistanın kənd təsərrüfatı nazirləri arasında görüş keçirilib

Səma Fərzəli

Aqrar Sığorta Fondunun sədri İsmayıllıda vətəndaşları – QƏBUL EDƏCƏK

Səma Fərzəli