Image default

TDT-ə üzv dövlətlər kənd təsərrüfatı ilə bağlı sığorta hovuzu yaradır

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətləri kənd təsərrüfatı sahəsində sığorta hovuzu yaradılacaq.

Azfood.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Özbəkistanda keçirilən ərzaq təhlükəsizliyi üzrə beynəlxalq konfransda Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı açıqlaması zamanı bildirib.

“Kənd təsərrüfatı sığortası ilə bağlı Azərbaycanla olduğu kimi Özbəkistanla da bir model üzərində işləyirik. Bundan sonra TDT-ə üzv dövlətlərin kənd təsərrüfatı sahəsində sığorta hovuzu yaradılacaq. Bu birliyin bütün ölkələrə faydası olacaq”, – deyə türkiyəli nazir vurğulayıb.(fins.az)

Related posts

Aqrar Sığorta Fondunda mina təhlükəsinə dair təlim keçirilib – FOTOLAR

Səma Fərzəli

Prezident Lənkəranda “Lenk Fruit” MMC-nin sitrus bağında olub.

Əli Fərzəliyev

Azərbaycanla İsrail arasında kənd təsərrüfatı sahəsində Yol Xəritəsi” imzalanıb

Səma Fərzəli