Image default

Qaxın meyvə bağlarından indiyədək 9 min tona yaxın məhsul yığılıb

Qax rayonunun meyvə bağlarında məhsul yığımı davam edir. İndiyədək bağlardan 8942 ton məhsul tədarük olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1477 ton çoxdur.

Azfood.az xəbər verir ki, bu barədə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda rayonda meyvə bağlarının ümumi sahəsi 12 min 16,2 hektardır. Bu bağların 10 min 186,9 hektarını fındıq bağları təşkil edir. İndiyədək bağlardan 1989,8 ton fındıq, 1562,6 ton şaftalı, 1481,3 ton alma, 844,8 ton armud, 753,4 ton gavalı, 752,1 ton badam, 369,5 ton ərik, 291,9 ton gilas və digər meyvələr yığılıb. Xurma, nar, heyva, şabalıd və qoz yığımına isə hələlik başlanılmayıb.

İdarədən verilən məlumata görə, hazırda rayonda 152 hektar üzüm bağı var. İndiyədək bağlardan 2511 ton məhsul yığılıb.(fins.az)

 

Related posts

Azərbaycan nümayəndə heyəti Türkiyədə beynəlxalq tədbirdə iştirak edir

Səma Fərzəli

Biləsuvarda günəbaxan sahələri kəskin azalıb

Səma Fərzəli

Aqrar Sığorta Fondunda mina təhlükəsinə dair təlim keçirilib – FOTOLAR

Səma Fərzəli