Image default

Naxçıvanda “Aqro festival” keçirilir.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda ilk dəfə “Aqro festival” keçirilir.

Azfood.az xəbər verir ki, festival iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Muzeyində olan ziyarətçilər dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olduqdan sonra festivalın keçirildiyi Sahil Parkına gəliblər.

Qeyd edək ki, 45 şirkət və 55 ailə təsərüfarçılarının iştirak etdiyi festivalda müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və digər istehsal vasitələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının nümayişi və satışı həyata keçirilir.(fed.az)

 

Related posts

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Şəkidə keçirəcəyi vətəndaş qəbulu təxirə salınıb

Səma Fərzəli

Azərbaycan nümayəndə heyəti Türkiyədə beynəlxalq tədbirdə iştirak edir

Səma Fərzəli

Ağstafada meliorativ tədbirlər davam edir

Səma Fərzəli