Bu ilin yanvar-iyun aylarında Azərbaycan 819,7 min ABŞ dolları dəyərində 965,4 ton xiyar və kornişon (təzə və ya soyudulmuş) ixrac edib.
AzFood-un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 7 % azdır.
Azərbaycan Rusiyaya 751,2 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 16 % az) 871,8 ton (-15 %) və Gürcüstana 68,5 min ABŞ dolları dəyərində (+7 dəfə) 93,6 ton (+8 dəfə) məhsul satıb.
Hesabat dövründə Azərbaycana xarici ölkələrdən 1,7 milyon ABŞ dolları dəyərində (+40 %) 3 min 9 ton (+39,8 %) xiyar gətirilib.
Azərbaycan İrandan 1,65 milyon ABŞ dolları dəyərində (+39,6 %) 3 min 4 ton (+39,7 %) və Türkiyədən 2,7 min ABŞ dolları dəyərində 5 ton məhsul alıb.
Azərbaycan 2 il 2 aylıq fasilənin ardından Türkiyədən xiyar tədarükünü bərpa edib.

