Image default

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın 2024-cü ildə ilk görüşü keçirilib

Bü gün Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın 2024-cü ildə ilk görüşü keçirilib. Görüş qeyri-formal şəraitdə səhər yeməyi süfrəsi ətrafında səmimi diskussiya şəraitində keçirilib. Görüşdə İctimai Şuranın sədri Ramil İskəndərli, müavini Rəhilə Mehdiyeva, üzvlər Günel Gözəlova, Əli Fərzəliyev, Məhsəti Hüseynova, Məmməd Kətanov və Asim Vəliyev iştirak ediblər. Görüşdə həmçinin DMX Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev iştirak edib. Görüşdə 2024-cü il ərzində icrası nəzərdə tutulan Fəaliyyət Planı layihəsinə hər bir üzv tərəfindən bir sıra əlavə və dəyişikliklər təklifi irəli sürülmüş və ayrı-ayrıliqda tədbirlərin icrası istiqamətində konkret müzakirələr aparılıb.

Azfood.az xəbər verir ki, fəaliyyət planında əsas istiqamətlər olaraq, İctimai Şura üzvlərinə müraciət etmiş əcnəbilərə və miqrantlara məsləhətlərin verilməsi və aidiyyatı üzrə yönləndirilməsi, İctimai Şura fəaliyyətinin mediada işıqlandırılması işinin gücləndirilməsi, miqrant icmaları nümayəndələri üçün sosial dəstək və reinteqrasiya tədbirləri, miqrasiya sahəsində qanunverciliyə təkliflər, İctimai Şura üzvlərinin müxtəlif sahələrdə bacarıqların inkişafı sahəsində Miqrasiya Məktəbi vasitəsilə təlimlərə cəlb edilməsi, miqrant tələbələrlə işi aparılması, regional miqrasiya idarələrinə və qanunsuz miqrantların saxlanma mərkəzlərinə monitorinq səfərləri,   qadın miqrantlarla iş və bir sıra digər fəaliyyət növləri nəzərdə tutulmuşdur.

Related posts

Hindistanda buğda ehtiyatları minimuma enib

Səma Fərzəli

Firudin Tağıyev: “Dayanıqlı kənd təsərrüfatı sisteminin qurulmasına nail olacağıq”

Səma Fərzəli

“ProjectMan2” layihəsinin icrasına start verilib

Səma Fərzəli