Kateqoriyasız

Arıqlamaq üçün boşqabınızı belə bölün

Diyetoloq Dmitri Semiryadov bildirib ki, effektiv arıqlama üçün “boşqab qaydası”na əməl etmək lazımdır.

AzFood xəbər verir ki, o, “Anna Şmidt ilə Yetkinlərin Sağlamlığı” YouTube kanalına verdiyi müsahibədə onun mahiyyətini açıqlayıb.

Onun sözlərinə görə, hər yeməkdə boşqabınızın yarısı az nişastalı tərəvəzlərlə doldurulmalıdır. Boşqabın dörddə biri yağsız ət, balıq və ya yumurta kimi proteinlə zəngin qidalarla doldurulmalıdır.

“Qalan dörddə bir hissəni isə dənli məhsullar, xüsusilə tam taxıllı qidalar, o cümlədən qarabaşaq təşkil etməlidir”, – həkim əlavə edib.

Bundan başqa, effektiv arıqlama üçün ideal halda kalori saymaq və qida gündəliyi aparmaq tövsiyə olunur. Lakin bu proses çətin olduğu üçün “boşqab qaydası”nın kifayət edə biləcəyi qeyd olunub.

Oxşar xəbərlər