Image default

Qida subyektlərinin səyyar qeydiyyatına start verilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin səyyar formada qida təhlükəsizliyi qeydiyyatına alınmasına start verib.

Belə ki, AQTA-nın əməkdaşları tərəfindən xüsusi təchiz edilmiş texniki vasitələrlə səyyar formada Bakı şəhərinin inzibati ərazi vahidlərində yerləşən və qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin yerində qeydiyyata alınması və təsdiqi prosesi aparılır. Proses xüsusi planşetlərlə yerindəcə müvafiq sistem üzərindən həyata keçirilir və qısa zaman ərzində başa çatdırılır. Eyni zamanda, sahibkarlar qida təhlükəsizliyi qeydiyyatına alınma ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumatlandırılırlar.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida zəncirinin bütün mərhələləri üzrə fəaliyyət göstərən sahibkarlar qeydiyyatdan keçməlidirlər. Qida subyektlərinin qeydiyyatdan keçmədən fəaliyyəti qanunvericiliklə qadağandır.

Onu da bildirək ki, Agentlik tərəfindən qida təhlükəsizliyi qeydiyyatına dair müraciətlərin qəbulu prosesi elektronlaşdırılıb. Elektron sistem vasitəsilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar AQTA-nın rəsmi internet saytına daxil olaraq, onlayn qeydiyyat üçün müraciət edə bilərlər. Qeydiyyat  üçün dövlət rüsumu tələb olunmur.

 

Related posts

İmmuniteti möhkəmlədən təbii immunmodulyatorlar – Qış üçün SİYAHI

Səma Fərzəli

Aşağı təzyiqi tez qaldırmağın ən sadə yolu

Səma Fərzəli

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Səma Fərzəli