Image default

Tedris.az saytının təqimatı keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi “Rəqəmsal qrant” müsabiqəsi çərçivəsində Xəzər İntellektual Gənclər Klubunun təşəbbüsü ilə hazırlanmış

Tedris.az platforması ictimaiyyətə təqdim olunub.

Bu innovativ təşəbbüs, abituriyent gənclərin bilik və bacarıqlarının artırılmasına dəstək göstərməyi hədəfləyir.

İstifadəçilər Tedris.az saytına daxil olaraq qeydiyyatdan keçə və müxtəlif fənlər üzrə testlərə cavab verməklə nəticələrini izləyə bilərlər. Platforma mövcud tədris proqramına uyğun şəkildə hazırlanıb və internetə çıxışı olan istənilən yerdən rahat şəkildə istifadə oluna bilir.

Sayt əsas fəaliyyəti növbəti tədris ilində həyata keçiriləcəkdir. Bu mərhələdə platformaya əlavə funksiyalar və daha geniş tədris resurslarının inteqrasiyası nəzərdə tutulur.

Xəzər İntellektual Gənclər Klubu bu təşəbbüslə ölkəmizdə rəqəmsal təhsilin inkişafına, gənclərin öz potensiallarını reallaşdırmalarına və gələcək uğurlarına bir addım daha yaxınlaşmalarına şərait yaradır.

Ətraflı məlumat və qeydiyyat üçün: www.tedris.az

Related posts

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Azərbaycan Kuboku” layihəsinin seçim turları yekunlaşıb

Səma Fərzəli

AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib

Səma Fərzəli

“Müasir Azərbaycan Qadını” “Erkən nikahlar qadın hüquqlarının pozulması kimi” adlı layihə həyata keçirildi

Səma Fərzəli