Image default

“Şərqin Yüz Birinci Baharı” layihəsi Mingəçevir və Zərdab rayonlarında həyata keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun (@youthfundaz) “İdeyanı Reallaşdır 2023” fərdi qrant müsabiqəsi çərçivəsində qalib layihələrdən biri olan “Şərqin Yüz Birinci Baharı” layihəsi Mingəçevir və Zərdab rayonlarında həyata keçirilib.

Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilən “Şərqin Yüz Birinci Baharı” layihəsinin rəhbəri olan Rəvanə Hidayətova ulu öndər yaradıcılığı haqqında Mingəçevir və Zərdab gənclərini məlumatlandırmaq üçün bu layihəni irəli sürüb.

Lahiyənin birinci seçim turu Mingəçevir şəhərində həyata keçrilib və turnirdə 48 gəncdən ibarət 8 komanda gücünü yoxlayıb. İlk dördlükdə qərarlaşmış komandalar Zərdab şəhərində keçrilən final turuna vəsiqə qazanıblar. İkinci seçim turu Zərdab rayonunda həyata keçrilib və turnirdə 56 gəncdən ibarət 9 komanda gücünü yoxlayıb. İlk dördlükdə qərarlaşmış komandalar Zərdab şəhərində keçrilən final mərasiminə vəsiqə qazanıblar. Gərgin və olduqca maraqlı keçən seçim turlarından sonra final turniri üçün Zərdab şəhərində görüşən gənclər finaldan öncə vətən uğrunda şəhid olun qəhrəmanların müqqədəs ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Layihə kordinatoru Şahlar Mirzalıyev tərəfindən final turniri açıq elan edilib. Layihənin ən maraqlı hissəsi olan final mərhələsi çətin və gərgin keçib. “Şərqin Yüz Birinci Baharı” intellektual yarışında ilk üç yerdə Zərdab rayon Təhsil Sektorunu təmsil edən komandalar qərarlaşıb. Sonda iştirakçılara sertifikat verilib, qaliblər kubok, medal və sertfikatlarla mükafatlandırılıblar. Layihənin keçirilməsində göstərdiyi dəstəyə görə Mingəçevir Gənclər evi SXM, Mingəçevir Turizm Kolleci PHŞ, Mərkəzi Aran RTİ və xüsusi ilə Zərdab rayon Təhsil Sektoruna dərin təşəkkürlərimizi bildiririk.

 

Related posts

“Gənclər üçün anti bullinq proqramı” layihəsi keçirilib.

Səma Fərzəli

DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib

Səma Fərzəli

“Universiada” layihəsinin seçim turları başa çatıb