Image default

İsmayıllı Meşə massivində 3 gün ərzində “Dağlarda Tap” layihəsi həyata keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun (@youthfundaz) “İdeyani Reallaşdır 2023” fərdi qrant müsabiqəsi çərçivəsində qalib layihələrdən biri olan “Dağlarda Tap” layihəsin 3 gün ərzində İsmayıllı Meşə massivində həyata keçirilib. Bir ilk olaraq irəli sürülmüş “Dağlarda Tap” layihəsinin rəhbəri olan Nəriman Əzimzadə turizm və dağçılıqla məşğul olur və təbiəti qorumaq gəncləri məlumatlandırmaq üçün bu layihəni irəli sürüb.
Lahiyənin birinci günü təlimçi Şahlar Mirzalıyev gəncləri ilkin məlumatlarla tanış edib və lazımı təlimatlar verib. Meşəlik əsasəndə, dağlıq ərazilərdə necə hərəkət etməli, hansı bitkilərdən qidalanmalı, oçaq yandıran zaman nələrə diqqət edilməlidir, istiqamət tapma, daldanacaqları necə səmərəli istifadə etmək, vəhşi heyvanlara qarşı necə diqqətli olmaq və ən əsası da, ana təbiətə ziyan vurmadan onunla necə rəftar edilməyi haqda geniş məlumatar verib. İkinci günü təlimçi tərəfindən müəyyən vaxt və qaydalar əsasında yarışlar həyata keçrilib və praktiki tapşırıqlar verilib. Keçirilən yarışlar və verilən yapışıqlar təbiətdə həyatı əhəmiyyətə malikdir. Layihənin ən maraqlı hissəsi olan 3-cü təlim günü xüsusi olaraq yeni irəli sürülmüş “Dağlarda Tap” intellektual oyunu keçirilib belə ki ərazinin coğrafiyasına hesablanmış suallar gənclər arasında böyük marağa səbəb olub və uğurlu hesab edilib və sonda iştirakçılara sertifikat verilib, qaliblər mükafatlandırılıb.

Related posts

Əli Fərzəliyev

“Universiada” layihəsinin seçim turları başa çatıb

Hindistanda buğda ehtiyatları minimuma enib

Səma Fərzəli