Azərbaycan Respublikasının Gənclər Fondunun (@youthfundaz) “İdeyani Reallaşdır 2023” fərdi qrant müsabiqəsi çərçivəsində qalib layihələrdən biri olan “Gənclər üçün anti bullinq proqramı” layihəsi 4 gün müddətində Sabirabad rayon Qaraağac kənd tam orta məktəbində və Şirvan Gənclər evində həyata keçirilib. Layihə rəhbəri və eyni zamanda gənc müəllim Maral Qasımzadə irəli sürdüyü bu layihə son dövrlərdə gənclər arasında daha çox rast gəlinən bullinq yəni qısnama hallarının qarşısının alınması üçün uğurlu bir addımdır.
Təlimçi Şahlar Mirzalıyev təlim prosesində bullinq növləri, onun fəsadları və ona qarşı mübarizədə effektiv üsullardan danışıb və təlim prosesində müxtəlif rol oyunları keçirərək bullinqin nəticələrini praktiki olaraq gənclərə göstərib.
Təlim zamanı təlimçi iştirakçılara “Ön mühakimə, stresli məqamlarda qərar qəbul etmək ” mövzusunda məlumatları, əsasən ilkin anlayışları ötürüb, yazılı şifahi mənbələr haqqında danışıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qaranlıq qalan məqamlar müzakirə olunub.