Image default

“Müasir Azərbaycan Qadını” “Erkən nikahlar qadın hüquqlarının pozulması kimi” adlı layihə həyata keçirildi

28 iyun 2024-cü il tarixində Lənkəran şəhərində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliynin maliyyə dəstəyi ilə “Müasir Azərbaycan Qadını” İctimai Birliyi “Erkən nikahlar qadın hüquqlarının pozulması kimi” adlı layihəni həyata keçirtdi.

Tədbirdə layihə rəhbəri Kəmalə Muradlı layihənin əsas məqsəd və vəzifəsi haqqında məlumat verdi və bildirdi ki, beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması kimi hesab olunur, Azərbaycan Respublikasının qanunvericiliyinə görə yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayıla bilər. Nikaha daxil olmaq kişi və qadınlar üçün 18 yaş həddi müəyyən edilib. Qadın və uşaq hüquqlarının pozulduğunu, gələcəkdə belə nikahdan doğulan uşaqların müxtəlif xəstəliklərlə üzləşdiyini gənc qadınların fiziki, mənəvi və psixoloji sarsıntılara məruz qaldığı, erkən nikahlara təhrik edilən qızların hüquqlarının müdafiəsi mexanizmi izah edildi.
Çıxış üçün söz layihənin hüquqşünası “Hüquqşünas Qadınlar Assisosiyası” İctimai Birliyinin rəhbəri Xanım Əhmədzadəyə verildi. Hüquqşünas məcburi nikaha cəlb edilmə ilə bağlı qanunda nəzərdə tutulan Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsində qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni ehtiva edən sanksiyalaşma haqqında məlumat verdi. Eləcə də qeyd etdi ki, valideyinlər qız övladlarının erkən yaşda ailə qurmasına yox, peşə sahibi olmasına çalışmalıdırlar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Related posts

DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib

Səma Fərzəli

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın 2024-cü ildə ilk görüşü keçirilib

Səma Fərzəli

Masallıda aqrar biznes festivalı keçiriləcək

Səma Fərzəli