Image default

Sahibkarların Rəqabət Məcəlləsi haqqinda məlumatlandırılması – video

Hər bir cəmiyyətin iqtisadi inkişafı və demokratikliyi onun bazar iqtisadiyyatına münasibətilə ölçülür. Sosial yönümlü bazar iqtisadiyyatını özünün aparıcı siyasəti kimi təsbit edən ölkəmizdə bazarın düzgün formalaşması, sahibkarlığın inkişafı, əhalinin rifahı ədalətli rəqabətlə sıx bağlıdır.

AR Rəqabət Məcəlləsi 01 iyuldan qüvvəyə minir. Bununla əlaqədar olaraq həmin gün “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  həyata keçirdiyi “Sahibkarların Rəqabət Məcəlləsi haqqında məlumatlandırılması” layihəsi çərçivəsində Bakı-Xəbər TV-də Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti, hüquq üzrə fəlsəfə doktoru Mübariz Yolçuyevin və Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, istisad üzrə fəlsəfə doktoru, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini Elşad Səmədzadənin iştirakı ilə müzakirələr təşkil etmişdir. İştirakçılar Rəqabət Məcəlləsinin iqtisadi və hüquqi analizini aparmış, sahibkarlığın inkişafında oynaya biləcəyi rolu təhlil etmişlər.

Qeyd edək ki, layihə ilə bağlı Şirvan və Lənkəran şəhərlərində sahibkarların Rəqabət Məcəlləsi barədə maarifləndirilməsi mövzusunda tədbirlər keçirilmişdir.

Sahibkarlığın inkişaf etdiyi digər regionlarda da belə tədbirlərin keçirilməsi planlaşdırılır.

https://youtu.be/Fest2XcLKpI

Related posts

“Gənclər üçün anti bullinq proqramı” layihəsi keçirilib.

Səma Fərzəli

Odessanın son ixrac dəhlizi ilə 6 milyon ton taxıl daşınıb

Əli Fərzəliyev

AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib

Səma Fərzəli