Image default

Odessanın son ixrac dəhlizi ilə 6 milyon ton taxıl daşınıb

lternativ Qara dəniz dəhlizinin fəaliyyətə başlamasından indiyədək Odessa vilayətinin limanlarından ümumilikdə 6 milyon ton taxıl uğurla ixrac edilib.

Azfood.az fins.az-a istinadən xəbər verir ki “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə dekabrın 21-də keçirilən mətbuat konfransında Odessa Regional Hərbi Administrasiyasının (RMA) rəhbəri Oleq Kiper bildirib.

“Bu gün təkcə taxıl ixrac edilmir. Yeni dəhliz vasitəsilə 2 milyon ton digər mal qrupu ixrac edilib. Lakin taxıl ixracı 6 milyon tona çatıb”, – O.Kiper bildirib. O, həmçinin qeyd edib ki, yeni dəhlizin başlanğıcında ixrac üçün taxılın bir hissəsinin uçota alınmadığı üzə çıxıb.

“Gördük ki, taxılın bir hissəsinin uçotu aparılmır. Sənədlərə uyğun gedir, amma vicdansız ixracatçılar qondarma bir günlük şirkətlər yaradır, ixrac edir, sonra şirkəti bağlayır. Valyuta gəlirləri qaytarılmır, vergilər ödənilmir”, – RMA rəhbəri qeyd etdi.

Daha sonra, onun sözlərinə görə, regional hakimiyyət “ağ” ixrac mexanizmini hazırlayıb həyata keçirmək qərarına gəlib. Müvafiq sərəncam avqustun 18-də dərc edilib.

Related posts

İsmayıllı Meşə massivində 3 gün ərzində “Dağlarda Tap” layihəsi həyata keçirilib

Səma Fərzəli

Hindistanda buğda ehtiyatları minimuma enib

Səma Fərzəli

“Şərqin Yüz Birinci Baharı” layihəsi Mingəçevir və Zərdab rayonlarında həyata keçirilib

Əli Fərzəliyev