Image default

Qida subyektlərinin səyyar qeydiyyatına start verilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin səyyar formada qida təhlükəsizliyi qeydiyyatına alınmasına start verib.

Belə ki, AQTA-nın əməkdaşları tərəfindən xüsusi təchiz edilmiş texniki vasitələrlə səyyar formada Bakı şəhərinin inzibati ərazi vahidlərində yerləşən və qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin yerində qeydiyyata alınması və təsdiqi prosesi aparılır. Proses xüsusi planşetlərlə yerindəcə müvafiq sistem üzərindən həyata keçirilir və qısa zaman ərzində başa çatdırılır. Eyni zamanda, sahibkarlar qida təhlükəsizliyi qeydiyyatına alınma ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumatlandırılırlar.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida zəncirinin bütün mərhələləri üzrə fəaliyyət göstərən sahibkarlar qeydiyyatdan keçməlidirlər. Qida subyektlərinin qeydiyyatdan keçmədən fəaliyyəti qanunvericiliklə qadağandır.

Onu da bildirək ki, Agentlik tərəfindən qida təhlükəsizliyi qeydiyyatına dair müraciətlərin qəbulu prosesi elektronlaşdırılıb. Elektron sistem vasitəsilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar AQTA-nın rəsmi internet saytına daxil olaraq, onlayn qeydiyyat üçün müraciət edə bilərlər. Qeydiyyat  üçün dövlət rüsumu tələb olunmur.

 

Related posts

Sabah Bakıda Avropa və Mərkəzi Asiyada qida standartlarının təkmilləşdirilməsi ilə bağlı beynəlxalq tədbir öz işinə başlayır

Səma Fərzəli

Azərbaycanın nar ixracındakı əsas problemlər – AÇIQLANIB

Səma Fərzəli

Dəfnə yarpağının faydaları

Səma Fərzəli