Qida təhlükəsizliyiQida xəbərləri

Bərdədə fəaliyyət göstərən süd tədarükü müəssisəsində yoxlama keçirilib

Daxil olan vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, fiziki şəxs Seyfullayev Ravil Kazım oğluna məxsus süd tədarükü müəssisəsində plandankənar yoxlama keçirilib.

Baxış zamanı müəssisədə qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.

Oxşar xəbərlər

Antarktidada mikroplastik təhlükəsi: Həşəratların qida mənbəyinə çevrilib

Orxan Ali

Maqnezium və vitamin tərkibli qida əlavələri içən qadın az qala qaraciyərini itirirdi…

Orxan Ali

“Tərkib və tarix aydın olmazsa, risk artır” – Qida eksperti

Orxan Ali