Image default

Mediasiya nədir?

Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur.
Azfood.az xəbər verir ki, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mediasiya təşkilatlarına və mediatorlara müraciət etməklə əmək, ailə, kommersiya və istehlak mübahisənizi məhkəmədənkənar mediasiya yolu ilə həll edə bilərsiniz.
Təcrübə göstərir ki, bu zaman mediatorun köməyi ilə tərəflərin mübahisəni həll etmələri ehtimalı 85%-dən yüksəkdir. Mediasiyanın belə uğurlu olmasının əsas səbəbləri bunlardır:
1. Tərəflər mediatorun köməyi ilə həm özlərinin, həm də qarşı tərəfin mövqeyini yenidən qiymətləndirmək imkanı əldə edirlər;
2. Mediator tərəflər arasındakı münasibətlərin kəskinləşməsinin qarşısını alır və tərəflərin mövqelərinin uzlaşmasına kömək edir;
3. Mediasiya prosesi daha qısa müddətdə (adətən bir və yaxud iki mediasiya sessiyasında) yekunlaşır. Bununla tərəflər xərclərinə və vaxtlarına qənaət edirlər.
4. Mediasiya əksər proseslərdən fərqli olaraq konfidensialdır. Bu isə tərəflər barədə həssas məlumatları qorumaqla yanaşı, onlar arasındakı mübahisənin mövcudluğunu gizli saxlayır, tərəflərin öz işgüzar münasibətlərini davam etdirməklərinə şərait yaradır.
Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mediasiya təşkilatlarına və mediatorlara müraciət etməklə ailə, əmək, kommersiya və mülki mübahisələrinizi məhkəmədənkənar qarşılıqlı razılaşma yolu ilə mediasiyada həll edə bilərsiniz.
Mediasiya Şurası
(012) 1927

Related posts

How To Build a Plant-based Diet for Fitness

azfood.az

Vegan Diet: How to Get the Nutrients You Need

azfood.az

17 Hearty, Healthy Vegan Soup Recipes

azfood.az