ManşetQida təhlükəsizliyi

“Bravo”da vaxtı keçmiş məhsullar satılır? – İDDİA

Bakının Yeni Yasamal ərazisində yerləşən Bravo supermarket filialında qida məhsullarının satışa çıxarılması ilə bağlı istehlakçı narazılığı yaranıb.

AzFood xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edən Əli Bağızadə avqustun 3-də Əsəd Əhmədov küçəsində yerləşən Bravo filialında çəki ilə satılan sosislərdən almaq istəyərkən məhsulun yerləşdirildiyi paketin üzərində son istifadə tarixinin məhz 3 avqust 2026-cı il olduğu diqqətini çəkib. İddiaçı məhsulun həmin tarixdə açılaraq vitrinə yerləşdirilməsinə etiraz etdiyini və əməkdaşın ona “Mənə belə tapşırıblar” cavabını verdiyini bildirib.

Bağızadə daha sonra məsələ ilə bağlı filial rəhbərliyinə müraciət etdiyini qeyd edib. Onun sözlərinə görə, Bravo əməkdaşları hadisənin vaxtı ilə bağlı məlumat alıb, daha sonra özünü filial rəhbəri kimi təqdim edən Nurlan adlı şəxs onunla əlaqə saxlayıb. Paylaşım müəllifi həmin şəxsin kameraya baxdıqdan sonra şikayətin əsaslı olduğunu təsdiqlədiyini və əməkdaşa xəbərdarlıq edildiyini bildirdiyini yazıb.

İddiaçının sözlərinə görə, bir müddət sonra ondan sosial şəbəkədəki paylaşımını silməsi də xahiş olunub. O isə şirkətin məsələyə operativ reaksiya verməsini nəzərə alaraq paylaşımı sildiyini qeyd edib.
Lakin müştəri avqustin həmin filiala yenidən getdiyini və əvvəlki hadisədə adı çəkilən əməkdaşı yenidən qastronomiya bölməsində sosisləri vitrinə yerləşdirərkən gördüyünü iddia edib. Onun sözlərinə görə, bu vəziyyət əvvəlki müraciətin nəticəsiz qalması ilə bağlı suallar yaradıb.

Paylaşım müəllifi həmçinin bir neçə gün əvvəl eyni filialda istifadə müddətinin başa çatdığını iddia etdiyi iki kaset yumurta və qatılaşdırılmış süd barədə əməkdaşlara məlumat verdiyini bildirib.
Vətəndaşın əsas narahatlığının çəki ilə satılan məhsulların istehsal və son istifadə tarixlərinin alıcı tərəfindən necə müəyyən edilə bilməsi olduğunu vurğulayıb.

O, məsələnin yalnız şəxsi narazılıq olmadığını, qida məhsullarının təhlükəsizliyi və istehlakçıların sağlamlığı baxımından əhəmiyyət daşıdığını qeyd edib.
Qeyd edək ki, sözügedən iddialarla bağlı Bravo supermarketlər şəbəkəsinin mövqeyi dərc etməyə hazırıq.

Oxşar xəbərlər