Bizim mətbəx

Bakıda səfirlərin xanımları qutab bişirdi – FOTO

Beynəlxalq Qadınlar Klubu tərəfindən Azərbaycan milli mətbəxinə həsr olunmuş növbəti master-klas təşkil olunmuşdur. Tədbirdə müxtəlif səfirliklərdən 29 xanım və Beynəlxalq Qadınlar Klubunun üzvləri iştirak etmişlər. Qonaqlar üçün milli mətbəximizin sevilən təamlarından biri olan qutabın hazırlanması üzrə master-klas keçirilmiş, tədbir zamanı foto və video çəkilişlər aparılmışdır. Səmimi və xoş atmosferdə keçən görüş iştirakçılar tərəfindən böyük maraq və məmnuniyyətlə qarşılanmışdır.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Qadınlar Klubu artıq 31 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Klubun əsas məqsədlərindən biri sosial layihələrin həyata keçirilməsidir. Bu layihələr uşaq evlərinə dəstək, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, autizmli uşaqlar və onların anaları üçün müxtəlif tədbirlərin, master-klasların və bayram proqramlarının təşkil edilməsini əhatə edir. Klub həmçinin fiziki məhdudiyyətli şəxslərə və sosial həssas təbəqədən olan ailələrə dəstək göstərir.
Klubun fəaliyyət istiqamətlərindən biri də xeyriyyəçilikdir. Hər il təşkil olunan xeyriyyə yarmarkalarında ehtiyacı olan qadınlara öz əl işlərini və məhsullarını təqdim edib satmaq imkanı yaradılır. Yarmarkalardan əldə olunan vəsait uşaq evlərinə, sosial layihələrə və müxtəlif xeyriyyə məqsədlərinə yönəldilir.
Beynəlxalq Qadınlar Klubunun ən önəmli missiyalarından biri isə Azərbaycanda diplomatik və mədəni dialoqun inkişafına töhfə verməkdir. Klub diplomatik korpus nümayəndələrinin xanımları, qadın diplomatlar və Azərbaycanda yaşayan ekspatlar üçün müxtəlif tədbirlər, mədəni proqramlar, master-klaslar və ekskursiyalar təşkil edir. Bu layihələr vasitəsilə iştirakçılar Azərbaycanın zəngin tarixi, milli mədəniyyəti, adət-ənənələri və mətbəxi ilə yaxından tanış olurlar.

Oxşar xəbərlər