Kənd təsərrüfatıManşet

Azərbaycanda bu sahədə işləyən muzdurların gündəliyi artırıldı

Kənd təsərrüfatı sahəsində mövsümi işlərə cəlb olunan fiziki şəxslərə edilən nağd ödənişlərin yuxarı həddi artırılıb.

AzFood istinadla xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq qərar imzalayıb.

Qərara əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki-hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslərə gündəlik nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi 30 manat müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl bu məbləğ 20 manat idi. Yeni qərarla gündəlik nağd ödəniş limiti 10 manat artırılmış oldu.

Oxşar xəbərlər