ManşetSağlam qidalanma

Yeməyi kiçik boşqablarda yeyin – SƏBƏB

Son illərdə qidalanma psixologiyası sahəsində aparılan araşdırmalar maraqlı nəticələr ortaya qoyur. Mütəxəssislər bildirirlər ki, yeməyin porsiyası təkcə onun miqdarından deyil, həm də necə təqdim olunmasından asılı olaraq fərqli qəbul edilə bilər.

AzFoodThe Guardian saytına istinadla xəbər verir ki, Oksford Universitetinin qidalanma davranışı üzrə tədqiqatçısı professor Çarlz Spensin sözlərinə görə, yeməyin daha kiçik boşqablarda təqdim edilməsi insanın porsiyanı daha böyük kimi qəbul etməsinə səbəb ola bilər. Bu isə nəticədə daha az qida qəbul etməyə kömək edir.

Mütəxəssis qeyd edir ki, insan beyni çox vaxt vizual siqnallara əsaslanaraq qida miqdarını qiymətləndirir. Böyük boşqabda eyni porsiya daha az görünə bilər, kiçik boşqabda isə daha dolu təsiri yaradır.

Araşdırma müəllifləri hesab edirlər ki, bu üsul xüsusilə çəkiyə nəzarət etmək istəyən insanlar üçün faydalı ola bilər. Sadə bir dəyişiklik – porsiyanın kiçik qabda təqdim olunması – qidalanma vərdişlərinin daha balanslı olmasına kömək edə bilər.

Oxşar xəbərlər