Sağlam qidalanma

Bu xırtıldayan çubuqlar zərərli qəlyanaltıya alternativdir – VİDEO

Bu xırtıldayan çubuqlar zərərli qəlyanaltıya alternativdir – VİDEO

Evdə asanlıqla hazırlanan xırtıldayan toyuq çubuqları həm qidalıdır, həm də artıq yağ və qatqı maddələrindən uzaqdır. AzFood xəbər verir ki, qida bloqçusu Aleks Mil zərərli çipslərə sağlam alternativ olan resepti paylaşıb.

Mütəxəssisin sözlərinə görə, bu qəlyanaltı zülalla zəngindir, orqanizmi ağırlaşdırmır və ev şəraitində qısa zamanda hazırlanır.

Tərkibi:

  • 500 qram toyuq qiyməsi

  • 1 ədəd yumurta

  • 1 çay qaşığı duz və toyuq üçün ədviyyə qarışığı

Hazırlanma müddəti təxminən 30 dəqiqədir.

Hazırlamaq üçün əvvəlcə qiyməyə yumurta və ədviyyələr əlavə edilərək yaxşıca qarışdırılır. Daha sonra qarışıq qida torbasına yerləşdirilir və alt hissəsində təxminən yarım santimetr ölçüdə kiçik deşik açılır. Qarışıq soba kağızı üzərinə nazik zolaqlar şəklində sıxılır.

Soba 220 dərəcəyə qədər qızdırılır. Hava dövriyyəsi rejimində 12–20 dəqiqə, bu rejim olmadıqda isə 15–20 dəqiqə bişirmək kifayətdir. Çubuqlar quruyub xırtıldayan hala gəldikdə sobadan çıxarılır.

Nəticədə alınan toyuq çubuqları həm dadlı, həm də xırtıldayan olur. Onlar film izləyərkən və ya idman yarışlarına baxarkən zərərli qəlyanaltılar əvəzinə daha faydalı seçim hesab olunur.

Oxşar xəbərlər