HeyvandarlıqKənd təsərrüfatıRedaktorun seçimi

Azərbaycanda inək və qoyunun sayı niyə azalır? – VİDEO

Azərbaycanda inək və qoyunun sayı niyə azalır? – VİDEO

Bu il yanvarın 1-nə olan məlumata görə, ölkədə 2 milyon 435 min 500 baş iribuynuzlu, 6 milyon 757 min 800 baş xırdabuynuzlu heyvan qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə azdır. Başqa sözlə iribuynuzlu heyvanların sayı 30 mindən çox, xırdabuynuzlu heyvanların sayı isə 139 minə yaxın azalıb.

İqtisadçı Xalid Kərimlinin fikrincə, xırdabuynuzlu heyvanların sayının azalmasının əsas səbəblərindən biri təbii otlaq sahələrinin daralmasıdır. Əkinçiliyin artması və paralelində torpağın şoranlaşması otlaq imkanlarını məhdudlaşdırır. Digər tərəfdən, kənd yerlərində bu sahəyə maraq da əvvəlki kimi deyil.

Mütəxəssis bildirir ki, həmçinin ot bağlamalarının və hazır yemlərin bahalaşması, inzibati və saxlanma xərclərinin artması fərdi ev təsərrüfatları üçün heyvandarlığı çətinləşdirir. Buna görə də, bu sahədə maliyyə imkanları məhdud olan xırda təsərrüfatlar getdikcə azalır. Bütövlükdə bu proseslər bazara yerli heyvan təklifini azaldır

Ekspertlər hesab edirlər ki, yeni otlaq sahələrinin dövriyyəyə cəlb olunması, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının genişlənməsi yerli heyvandarlığın bərpasına təkan verə bilər. Əks halda daxili istehsalın payı azalacaq və bazarda idxaldan asılılıq artacaq.

Oxşar xəbərlər

“Gölüstü” restoranı və “Çinar” kafesində nöqsanlar aşkarlanıb

Orxan Ali

Meyvələrdə virus aşkarlanıb: Diqqətli olmalıyıq!

Orxan Ali

Pəhrizdə olanlar lavaş yeyə bilərmi? – Arıqlamaq istəyənlər nəzərə alsın

azfood.az