Həkim məsləhətiSizə faydalı

Küçədə satılan məhsullar sağlamlıq üçün risk yaradır – Mütəxəssis

Küçədə satılan məhsullar sağlamlıq üçün risk yaradır – Mütəxəssis

“Yol kənarlarında və açıq küçə şəraitində həyata keçirilən satışlar isə əlavə risk faktorları ilə müşayiət olunur. Bu cür mühitlərdə qida məhsulları avtomobil tüstüsü, ağır metallar, toz və digər ekoloji çirkləndiricilərlə təmasda olur. Belə çirklənmələr xüsusilə immun sistemi zəif olan şəxslərdə, uşaqlarda və yaşlı insanlarda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Eyni zamanda, bu məhsullar allergik reaksiyaların yaranmasına, həzm sisteminin pozulmasına, mədə-bağırsaq xəstəliklərinə və infeksion risklərin artmasına gətirib çıxarır”.

Bunu Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova 525.az-a bildirib. O qeyd edib ki, əksər hallarda istehlakçılar qida qəbulundan sonra yaranan narahatlıqların mənbəyini dərhal müəyyən edə bilmir və açıqda satılan çərəzlərin, ədviyyatların və ya digər məhsulların bu problemlərin səbəbi ola biləcəyini nəzərə almırlar. Xüsusilə yuyulması mümkün olmayan ədviyyatlar daha təhlükəli hesab olunur. Çünki bu məhsullar üzərindəki toz, mikroorqanizmlər və bakteriyalar istilik emalı olmadan birbaşa qida vasitəsilə insan orqanizminə daxil olur:

“Bundan əlavə, satıcıların gigiyena qaydalarına əməl etməməsi, məhsullarla birbaşa təmasda qoruyucu vasitələrdən istifadə olunmaması bakterial çirklənmə riskini daha da artırır. Bu səbəbdən istehlakçılara tövsiyə olunur ki, qida məhsullarını yalnız mənşəyi bəlli olan məkanlardan, uyğun qablaşdırmada, üzərində istehsal tarixi, son istifadə müddəti, tərkibi və saxlanma şəraiti göstərilmiş şəkildə əldə etsinlər”.

Oxşar xəbərlər

Susuzluq yaratmayan və tox saxlayan imsak menyusu

Orxan Ali

“AL Market” 1657 manat pulumu kəsib – İDDİA

Orxan Ali

Üç erkən demensiya simptomu

Orxan Ali