Image default

Kompleks Tədqiqatlar Laboratoriyası səriştəlilik sınaqlarında yüksək nəticə göstərib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Kompleks Tədqiqatlar Laboratoriyası İngiltərənin “LGC Standards” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınaqlarında iştirak edib.

Laboratoriyanın yüksək ixtisaslı mütəxəssisləri yemlərdə xam protein, yağ, sellüloza, xlorid turşusunda həll olmayan kül, xam kül və nəmliyin təyini və baytarlıq preparatlarında sterilliyin təyini üzrə aparılan səriştəlilik sınaqlarında uğurlu nəticələr göstərib.

Kompleks Tədqiqatlar Laboratoriyası bundan əvvəl də Böyük Britaniyanın “Fapas” və ”LGC standards” şirkətləri tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası sınaqlarda yüksək nəticələr nümayiş etdirib.

Kompleks Tədqiqatlar Laboratoriyasında baytarlıq preparatlarının, bitkilər üçün pestisid və gübrələrin, eyni zamanda qida ilə təmasda olan bütün maddə və materialların tərkib, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələri aparılır. Laboratoriyada qabaqcıl texnologiyalar tətbiq olunur, kadrlar mütəmadi olaraq təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir.

Related posts

AQTİ-də “Təlimçilər üçün təlim” proqramına start verilib

Səma Fərzəli

Sabah Bakıda Avropa və Mərkəzi Asiyada qida standartlarının təkmilləşdirilməsi ilə bağlı beynəlxalq tədbir öz işinə başlayır

Səma Fərzəli

AQTA müasir heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı sahibkarlara çağırış edib

Səma Fərzəli