27-28 aprel tarixlərində paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Azfood.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarkada ümumilikdə 20-yə qədər regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.