Image default

Masallıda kanallar və çaylarda 700 min kubmetr lildən təmizlənmə işləri aparılıb – FOTOLAR

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Masallıda əkin sahələrinin suvarma mövsümü başa çatıb.

Azfood.az xəbər verir ki, hazırda növbəti il üçün hazırlıq tədbirlərinə başlanılıb. Kanallardan lildən təmizlənmə işləri aparılır. 300 hektardan artıq əkin sahəsi suvarma su ilə təmin edilən boru xətti yenisi ilə əvəzlənir.

Masallıda suvarma mövsümü geridə qaldı. Suvarma suyunun ərazilərə maneəsiz verilməsi və izafi suları kənarlaşdırmaq üçün rayon ərazisində görülən işlər öz bəhrəsini verib. Masallı rayonunda 10 min 130 hektar əkin sahəsi Viləşçay su anbarı istismar idarəsinin balansında olan Viləşçay su anbarı, Babaser kiçik su anbarı, 37 kiçik su tutar və 67 subartezian quyuları ilə suvarma su ilə təmin olunub. 9892 hektar ərazilərə suvarma suyu birbaşa Viləşçay su anbarı vasitəsilə verilib.

Hal – hazırda rayonun Qarğalıq, Xırmandalı, Həsənli, Təklə, Şıxlar, Yeddioymaq, Qızılağac kəndlərindəki kanallarda, eləcə də  Bədəlan, Boradigah və Viləş çaylarında lildən təmizlənmə işləri aparılır. Əkin sahələrinin vaxtı – vaxtında suvarılması nəticəsində fermerlər sahələrdən yüksək məhsuldarlıq əldə ediblər.

Qeyd edək ki, Masallıda sel, daşqın hadisələrinin baş verməməsi üçün öncədən qabaqlayıcı tədbirlər də görülüb. Suötürücü kanallarda lildən təmizlənmə işləri aparılmış, su buraxıcı qurğular təmir edilmişdir.(fed.az)   

Related posts

Sabahdan Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır

Əli Fərzəliyev

Azərbaycanda məhsul istehsalını genişləndirmək üçün 5 əsas tədbir açıqlanıb

Səma Fərzəli

AQTA sədri FAO-nun Azərbaycandakı yeni nümayəndəsi ilə görüşüb

Səma Fərzəli