Image default

Azərbaycana gətirilən qarğıdalının idxal qiyməti 16.5% azalıbAzərbaycana gətirilən qarğıdalının idxal qiyməti 16.5% azalıb

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana 19 milyon 215 min dollar dəyərində 65 min 336 ton qarğıdalı idxal edilib.

Azfood.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 5.6% və ya 1 milyon 29 min dollar, həcm baxımından isə 26.5% və ya 13 min 724 ton çoxdur. 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana 18 milyon 185 min dollar dəyərində 51 min 612 ton qarğıdalı idxal edilib.

Qeyd edək ki, Azərbaycana gətirilən qarğıdalının idxal qiyməti 16.5% azalıb. Belə ki, hesabat dövründə ölkəyə gətirilən qarğıdalının 1 tonun orta qiyməti 294 dollara (499.8 manat) bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 352.3 dollar (598.9 manat) təşkil edib.

Xatırladaq ki, cari ilin ilk 8 ayında qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0.17%-nə bərabər olub.(fins.az)

Related posts

Bu il 46 min ton pambıq lifi ixrac edilib

Səma Fərzəli

Bu il 668,3 min ton buğda idxal edilib

Səma Fərzəli

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Kürdəmirdə vətəndaşları qəbul edəcək

Səma Fərzəli