Image default

Nazir Məcnun Məmmədov Şəkidə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov sentyabrın 20-də, saat 09:00-da Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Azfood.az fins.az-a istinadən xəbər verir ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-737-75-05) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Related posts

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Şəkidə keçirəcəyi vətəndaş qəbulu təxirə salınıb

Səma Fərzəli

Qarğıdalı qiymətləri son 3 ilin ən aşağı səviyyəsinə çatıb

Səma Fərzəli

Kənd Təsərrüfatı Nazirliyi Goranboyda vətəndaş qəbulu keçirəcək

Səma Fərzəli