Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
6 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Gədəbəy rayonunda fəaliyyət göstərən 7 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 7 inzibati tədbir görülüb, 2 məntəqədə isə yenidən bərpa olunan qurğular sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Görülən tədbir |
Bakı şəhəri üzrə | |||
|
Qarayev Əli
İsbəndiyar oğlu |
Xətai rayonu, M.Sadıqcan
küçəsi 15 |
İnzibati protokol tərtib edilib |
|
Həsənov Bəxtiyar Əlizaman oğlu | Xətai rayonu, Gəncə
prospekti 148B |
İnzibati protokol tərtib edilib və yenidən bərpa olunan qurğular sökülüb |
|
Süleymanov Fərəc Bayram oğlu | Xətai rayonu, Gəncə prospekti 82 | İnzibati protokol tərtib edilib |
|
Əhmədov Bəhruz Əbülfət oğlu | Xətai rayonu, Gəncə prospekti 67 | İnzibati protokol tərtib edilib |
|
Süleymanov Vüsal Süleyman oğlu | Xətai rayonu, P.Həşimov
küçəsi 13 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa olunan qurğular sökülüb |
|
İbayev Elnur
İsmayıl oğlu |
Xətai rayonu, N.Tusi küçəsi 28 | İnzibati protokol tərtib edilib |
Gədəbəy rayonu üzrə | |||
|
Əliyev Anar
Elşən oğlu |
Gədəbəy şəhəri, S.Vurğun küçəsi | İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.