Sağlam qidalanma

Bağırsaq və böyrək sağlamlığı üçün 3 əsas qida

Yeni araşdırmalar göstərir ki, bağırsaq mikrobiotası ilə böyrək funksiyası arasında sıx əlaqə var.

Day.Az xəbər verir ki, Frontiers in Nutritionda dərc olunan tədqiqata görə, mikrobiotanın balansının pozulması iltihab, toksinlərin artması və böyrəklərə əlavə yük yarada bilər.

Tədqiqatçılar 6500-dən çox insanın məlumatlarını təhlil edərək üç əsas qida qrupunu ön plana çıxarıblar: probiotiklər, prebiotiklər və qatıq. Bu məhsulları müntəzəm istehlak edən insanlarda xroniki böyrək xəstəliyinə tutulma riski təxminən 23% daha aşağı olub, 55 yaşdan yuxarı şəxslərdə isə bu göstərici 32%-ə qədər yüksəlib.

Alimlər bildirirlər ki, bu qidalar faydalı bakteriyaların artımını dəstəkləyir, zərərli maddələrin yaranmasını azaldır və iltihabı zəiflədir. Bununla belə, araşdırma müşahidə xarakterlidir və dəqiq səbəb-nəticə əlaqəsi tam sübut olunmayıb, buna görə də sağlam qidalanma ümumi həyat tərzinin bir hissəsi kimi tövsiyə olunur.

Oxşar xəbərlər