Yuxu keyfiyyəti qidalanma ilə sıx əlaqəlidir. Mütəxəssislər bildirir ki, bəzi qidalar yuxunu yaxşılaşdırır. Digərləri isə əksinə, pozur.
AzFood Sleep Foundation saytına istinadla xəbər verir ki, alim Dr. Michael Breus bu mövzuda araşdırma aparıb. Onun sözlərinə görə, maqnezium və triptofan tərkibli qidalar yuxuya kömək edir.
Axşam saatlarında kofein və şəkərdən uzaq durmaq tövsiyə olunur. Bu maddələr sinir sistemini stimullaşdırır. Nəticədə yuxuya getmək çətinləşir.
Yüngül axşam yeməyi isə daha keyfiyyətli yuxu təmin edir.

