Sağlam qidalanma

Duzun həddindən artıq qəbulu təhlükə yaradır

Duz gündəlik qidalanmanın ayrılmaz hissəsi olsa da, onun həddindən artıq istifadəsi ciddi problemlərə səbəb ola bilər. Mütəxəssislər bildirir ki, çox duz qəbulu qan təzyiqini artırır. Bu isə ürək-damar xəstəlikləri riskini yüksəldir.

AzFood Mayo Clinic saytına istinadla xəbər verir ki, kardioloq Dr. Stephen Kopecky duzun təsirləri barədə danışıb. Onun sözlərinə görə, gündəlik duz norması aşılmamalıdır. Əks halda hipertoniya riski artır.

Mütəxəssis qeyd edir ki, hazır qidalarda gizli duz çox olur. Bu səbəbdən etiketlərə diqqət yetirmək vacibdir. Ev yeməkləri daha təhlükəsiz hesab olunur.

Alternativ olaraq ədviyyatlardan istifadə tövsiyə edilir. Bu həm dadı artırır, həm də duz ehtiyacını azaldır.

Oxşar xəbərlər