2025-ci il ərzində Azərbaycan İsraildən 7 min 870 dollar dəyərində 312 ədəd arı idxal edib.
AzFood Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, İsraildən arı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 6 min 70 dollar və ya 43,5%, miqdar ifadəsilə isə 96 ədəd, başqa sözlə 23,5% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında İsraildən 13 min 940 dollar dəyərində 408 ədəd arı idxal olunmuşdu.
Bu ilin nəticələrinə görə İsraildən idxal edilən bir arının orta idxal qiyməti 25,22 dollar (təxminən 42,87 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 34,17 dollar (təxminən 58,09 manat) idi. Bu da illik müqayisədə 8,95 dollar (15,22 manat) və ya 26,2% ucuzlaşma deməkdir.

