Həkim məsləhətiSizə faydalı

Stress zamanı orqanizmə dəstək olan qidalar hansılardır?

Son illərdə alimlər qidalanma ilə insanın emosional vəziyyəti arasındakı əlaqəni daha fəal şəkildə araşdırırlar. Mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş qidalar stress dövründə əhvalın yaxşılaşmasına kömək edə bilər.

AzFood BB.LV saytına istinadla xəbər verir ki, endokrinoloq N.Tananakina stress zamanı qidalanmaya xüsusi diqqət yetirməyi tövsiyə edir. Onun sözlərinə görə, gərginlik dövründə insanlar tez-tez şirin və yağlı qidalara meyl göstərsələr də, daha faydalı alternativlər seçmək mümkündür.

Mütəxəssis bildirir ki, canlı bakteriyalarla zəngin məhsullar bağırsaq mikroflorasını dəstəkləyir və bu da insanın emosional vəziyyətinə müsbət təsir göstərir. Bağırsaq fəaliyyəti ilə “xoşbəxtlik hormonu” adlandırılan serotoninin yaranması arasında sıx əlaqə mövcuddur.

Bu baxımdan yoqurt, kefir və turşu kələm kimi probiotik tərkibli məhsullar faydalı hesab olunur. Bu qidalar həm həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, həm də beyin fəaliyyətinə müsbət təsir göstərərək əhvalın yüksəlməsinə kömək edir.

Bundan əlavə, banan da əhvalı yaxşılaşdıran qidalar arasında göstərilir. Banan lif, təbii şəkər və B6 vitamini ilə zəngindir və bu maddələr orqanizmin enerji balansını dəstəkləyərək insanın özünü daha yaxşı hiss etməsinə kömək edir.

Oxşar xəbərlər