SağlamlıqSizə faydalı

Bu da icbari tibbi sığorta hesabına pulsuz olacaq

Bu da icbari tibbi sığorta hesabına pulsuz olacaq

Ötən il eşitmə qabiliyyətinin bərpası üçün 136 nəfərə icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı icra olunub.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2026-cı ildən sözügedən xidmətlərlə yanaşı, əməliyyatdan sonrakı dövrlərdə nitq prosessorunun (üst cihaz) sıradan çıxması nəticəsində yenilənməsi və ya əvəz olunması halları da sığorta təminatına daxil edilib. Belə ki, icbari tibbi sığorta çərçivəsində nitq prosessoru ilə bağlı üç yeni tibbi xidmət təminata alınıb.

Sözügedən bu üç yeni xidmət koxlear implantasiya əməliyyatı icbari tibbi sığorta hesabına icra olunmayan sığortaolunanlara də şamil olunur.

Oxşar xəbərlər

Kartof kotletinin yanına nə hazırlamalı?

Orxan Ali

Oruc tutanların ən çox etdiyi səhvlər – İbadəti çətinləşdirən risklər

Orxan Ali

Həkimdən xəbərdarlıq: Saçları isti su ilə yumayın

Orxan Ali