Qida təhlükəsizliyiQurmanRedaktorun seçimi

“Zemis” zeytun yağından şikayət

Zemis

Fəxriyə Cabirqızı adlı vətəndaş aldığı yağ məhsulu ilə bağlı narazılıq edib. AzFood sosial şəbəkə paylaşımına istinadla xəbər verir ki, vətəndaş “Zemis Təbii Yağlar” adlı satış yerindən günəbaxan və zeytun yağları aldığını bildirib.

Onun sözlərinə görə, zeytun yağı axşam uşağa yemək hazırlanarkən istifadə olunub. Məhsul qızdırılan kimi evə kəskin və xoşagəlməz qoxu yayılıb. Uşaq yeməyi yeyə bilməyib və qida yararsız hesab olunub.

Alıcı qeyd edir ki, əvvəllər mağazalarda satılan keyfiyyətsiz yağlarda belə qoxu ilə qarşılaşıb. Bu səbəbdən məhsulun təbii olmadığı qənaətinə gəlib. O, məsələ ilə bağlı satış yerinə iradını bildirib.

Şikayətçi bildirir ki, yazdığı şərh sonradan silinib. Onun sözlərinə görə, satış məntəqəsi sosial şəbəkədə hər gün canlı yayımlar açaraq məhsulları təqdim edir. Lakin alıcı bu təqdimatların insanları aldatdığını iddia edir.

Paylaşımda bildirilir ki, satış yeri paytaxtın Xalqlar Dostluğu ərazisində yerləşir. Müştəri məhsulun keyfiyyətinin araşdırılmasını istəyir. O, digər alıcıların da diqqətli olmasını tövsiyə edib.

Məsələ ilə bağlı rəsmi qurumlara müraciət edilib-edilmədiyi açıqlanmayıb. Qida təhlükəsizliyi üzrə mütəxəssislər isə belə hallarda məhsulun istifadə edilməməsini və aidiyyəti qurumlara məlumat verilməsini tövsiyə edirlər.

Oxşar xəbərlər

“Araz market”də kiflənmiş pendiri təmizləyib yenidən satırlar – VİDEO

Orxan Ali

Mingəçevirdə bu müəssisə bağlandı – SƏBƏB

Orxan Ali

Bu qidalar uşaqların İQ səviyyəsini azaldır

Orxan Ali