Xatırlama, nitq və davranışda dəyişikliklər erkən demensiyanın siqnalları ola bilər. AzFood Sports.kz saytına istinadla xəbər verir ki, bunu nevroloq Maria Beher açıqlayıb.
1. Yaddaşın pozulması
Ən çox qısamüddətli yaddaş zədələnir: insan otuz il öncə baş verənləri yaxşı xatırlayır, amma ona indi nə deyildiyini unudur. Eyni məlumatı təkrar soruşmaq ehtiyacı yaranır.
2. Nitqdə pozğunluqlar
Nitq “səfalılaşır”. İnsan eyni söz və ifadələri təkrar edir, obyektin adını xatırlaya bilmir və onun funksiyasını təsvir etməyə çalışır. Abstrakt anlayışları başa düşmək çətinləşir, məsələn, atalar sözləri və zarafatlara adekvat reaksiya vermir.
3. Xarakter və davranış dəyişiklikləri
İnsanın əsəbi olması və ya daha tez qıcıqlanması müşahidə olunur. Əgər bu simptomlar yaddaş və nitq problemləri ilə birgədirsə, demensiyanın erkən əlamətləri ola bilər.


