Image default

Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır

Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Zoologiya İnstitutu ilə birgə Fövqəladə Hallar Nazirliyinin helikopteri vasitəsilə meşə massivləri, dağətəyi və düzənlik ərazilərdə aldadıcı yemlərlə vəhşi ətyeyən heyvanlar arasında növbəti peyvəndlənmə tədbiri həyata keçirilir.
Tədbir zamanı Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvafiq təlimata uyğun olaraq, tərkibində quduzluq əleyhinə vaksin olan 13 min aldadıcı yem paylanacaq.
Bu aldadıcı yem tamamilə təhlükəsizdir. Hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə, həmin heyvanlar üçün təhlükə yaratmır. Ərazilərə atılmış, içərisində vaksin olan yemi qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaranır. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluğa qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir.
Qeyd edək ki, ötən illərdə həyata keçirilmiş peyvəndlənmə tədbirləri xəstəliyə yoluxma dinamikasının azalmasına səbəb olub və regionda tətbiq edilən mütərəqqi təcrübə kimi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.

Related posts

Bu günə qədər Yevlax rayonunun 15 kəndində 8500 hektar əkin sahəsinin suvarılması yaxşılaşıb

Əli Fərzəliyev

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Tərtərdə vətəndaşları qəbul edəcək

Əli Fərzəliyev

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edib

Əli Fərzəliyev