Image default

Yasamalda ət satışı mağazasının fəaliyyəti dayandırıldı

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 125 ünvanında yerləşən ət satışı mağazasında həyata keçirilən nəzarət tədbiri zamanı satışa çıxarılan iribuynuzlu heyvan ətlərindən nümunələr götürülərək müayinələrin aparılması üçün müvafiq laboratoriyaya təqdim edilib. Sınaq nəticələrinə əsasən, götürülən həmin nümunələrdə camış və at DNT-ləri aşkarlanıb.
Faktla bağlı fiziki şəxs Bayramov Vüqar Vəliqulu oğlu barəsində inzibati protokol tərtib edilib. Sözügedən mağazanın fəaliyyəti dayandırılıb.

Related posts

Heç vaxt adını eşitmədiyiniz 5 qeyri-adi meyvə

Səma Fərzəli

Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək – ÜNVANLAR

Əli Fərzəliyev

Quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə tədbiri aparılacaq

Səma Fərzəli